​Rusiyada 6 sığorta şirkətinin lisenziyası geri çağırılıb

​Rusiyada 6 sığorta şirkətinin lisenziyası geri çağırılıb Bunun 3-ü qanunvericiliyin tələblərini pozub
Maliyyə
17 İyun , 2016 17:45
​Rusiyada 6 sığorta şirkətinin lisenziyası geri çağırılıb

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) ölkənin 6 sığorta şirkətinin lisenziyasını geri çağırıb. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bunlardan 3-ü könüllü şəkildə lisenziyalaşdırılmış fəaliyyətdən imtina edib. Söhbət "Meqaruss-D", "Qrajdanski Stroxovoy Dom" ("Mülki Sığorta Evi") və "Yuqoriya-Med" şirkətlərindən gedir.

Digər 3 sığorta şirkəti isə müxtəlif formalarda qanunvericiliyin tələblərini pozub. Belə ki, onların maliyyə sabitliyi və sığorta ehtiyatları əsasında investisiya qoyuluşu normativ tələblərə cavab verməyib. Bu, "Univers-Qarant", "Mejotraslevoy Straxovoy Tsentr" ("Sahələrarası Sığorta Mərkəzi") və "Respublikanskiy Straxovoy Dom" ("Respublika Sığorta Evi") şirkətləridir.

Son xəbərlər

Orphus sistemi