Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadəni müzakirə edir

Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadəni müzakirə edir Bakı. 13 dekabr. REPORT.AZ/ Dəməşqdə keçirilən Hökumətlərarası Komissiya çərçivəsində Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadə üçün müzakirələr aparır.
Maliyyə
13 Dekabr , 2018 15:44
Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadəni müzakirə edir

Bakı. 13 dekabr. REPORT.AZ/ Dəməşqdə keçirilən Hökumətlərarası Komissiya çərçivəsində Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadə üçün müzakirələr aparır.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Problemlər var. Ticarət balanslaşdırılmayıb. 9 aylıq göstəricilərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 300 mln. ABŞ dollarını keçib, bunun isə 296 mln. dolları Rusiyanın payına düşüb. Təbii ki, hesablaşma üçün rublun haradan əldə edilməsi ilə bağlı sual yaranır. İdeal sxem ticarətin və nağd pul kütləsinin balanslaşdırılmasını nəzərdə tutur. Bu mövzuda müzakirələr aparılacaq”, - deyə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin Asiya, Afrika və Latın Amerikası departamentinin direktoru Yevgeni Popov bildirib. 

Onun sözlərinə görə, hazırda tərəflər, əsasən, rublla hesablaşırlar. Belə ki, həm Rusiya, həm də Suriya 3-cü ölkələrin birtərəfli sanksiyaları altındadır.

“Rusiyaya gəlincə, ticarət hesablaşmalarının hansı valyutada olması ilə bağlı sərhəd yoxdur. Ticarət iştirakçıları hansı valyutadan istifadə etməyə özləri qərar verirlər", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi