Rusiya və İran SWIFT-ə alternativ sistemə qoşulmağı müzakirə edir

Rusiya və İran SWIFT-ə alternativ sistemə qoşulmağı müzakirə edir Rusiya və İran arasında birinciyə məxsus "Mir" ödəniş sisteminin islam respublikasında tanınması, eləcə də iki ölkənin SWIFT beynəlxalq banklararası sisteminin alternativinə qoşulmaq barədə müzakirələr aparılır.
Maliyyə
24 Mart , 2022 15:33
Rusiya və İran SWIFT-ə alternativ sistemə qoşulmağı müzakirə edir

Rusiya və İran arasında birinciyə məxsus "Mir" ödəniş sisteminin islam respublikasında tanınması, eləcə də iki ölkənin SWIFT beynəlxalq banklararası sisteminin alternativinə qoşulmaq barədə müzakirələr aparılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

"Çalışırıq ki, gələcəkdə bu sahədə uğurlu addımlar ataq. Hazırda "Mir" ödəniş sisteminin tanınması məsələsi gündəmdədir və bu istiqamətdə rusiyalı həmkarlarla danışıqlar aparılır", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi