Rusiya üçün neftin balans qiyməti açıqlanıb

Rusiya üçün neftin balans qiyməti açıqlanıb Nazir: "Rusiya iqtisadiyyatı 1,5%-dən çox arta bilməyəcək"
Maliyyə
317
20 Aprel , 2017 14:37
Rusiya üçün neftin balans qiyməti açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyada dövlət büdcəsinin balanslaşdırılması üçün neftin zəruri olan qiyməti 60 dollar/barel təşkil edir. "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın maliyyə naziri Anton Siluanov verib.

A.Siluanov bildirib ki, tədiyyə balansının cari hesabının balanslaşdırılması üçün neftin 35-40 dollar/barel, büdcənin balanslaşdırılması üçün isə 60 dollar/barel olması zəruridir. Nazir həmçinin qeyd edib ki, zəruri islahatlar aparılmadan Rusiya iqtisadiyyatında maksimal artım tempi 1,5% təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi