Rusiya qlobal dekarbonizasiyaya görə ÜDM-nin 10%-ni itirə bilər

Rusiya qlobal dekarbonizasiyaya görə ÜDM-nin 10%-ni itirə bilər "Aparıcı dünya iqtisadiyyatlarının energetikada kömür, neft və qazdan imtina etməsindən Rusiya iqtisadiyyatının itkiləri ÜDM-nin 10%-i qədər ola bilər".
Maliyyə
26 İyul , 2021 15:03
Rusiya qlobal dekarbonizasiyaya görə ÜDM-nin 10%-ni itirə bilər

"Aparıcı dünya iqtisadiyyatlarının energetikada kömür, neft və qazdan imtina etməsindən Rusiya iqtisadiyyatının itkiləri ÜDM-nin 10%-i qədər ola bilər".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi nümayəndəsi Anatoli Çubays deyib.

Onun sözlərinə görə dünyada hidrogen, külək və günəş kimi iqlim üçün təhlükəsiz olan enerji mınbələrinə qlobal keçid başlayıb: “Rusiyanın qlobal enerji keçidindən mütləq şəkildə təsir görəcəyi zəif zona ixracdır. Bu cür keçidin nəticələri ixrac üçün nəhəng olacaq”.

A.Çubaysın fikrincə, itkilər Aİ-də karbon ödənişinin tətbiqi ilə bağlı olmayacaq. Onların səbəbi aparıcı iqtisadiyyatların yenidənqurulması və aşağı karbonlu texnologiyaların tətbiqi olacaq. O, Rusiyanın karbohidrogen ixracından gəlirlərinin ÜDM-nin 40 %-ni təşkil etdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi