Rusiya pul-kredit siyasətini sərtləşdirir

Rusiya pul-kredit siyasətini sərtləşdirir Rusiya Bankı noyabrın 5-dən əsas faiz dərəcəsini 8%-dən 9,5%-dək qaldırır
Maliyyə
118
31 Oktyabr , 2014 11:17
Rusiya pul-kredit siyasətini sərtləşdirir
Bakı. 31 oktyabr. REPORT.AZ/. Rusiya Bankı noyabrın 5-dən etibarən əsas faiz dərəcəsini illik 8%-dən 9,5%-dək qaldırılması barədə qərar qəbul edib. “Report”un RBC-yə istinadən verdiyi xəbərə görə, bu qərar dünyada neftin kəskin ucuzlaşması, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, rublun ucuzlaşması və inflyasiyanın sürətləndirilməsi ilə bağlıdır.

Rusiya Mərkəzi Bankının məlumatında deyilir ki, 2015-ci ilin I rübünün sonuna kimi inflyasiya 8%-dən yüksək səviyyədə qalacaq və bu, əlavə inflyasiya risklərinin yaranmasına səbəb olur. Bank bildirir ki, inflyasiya üzrə hədəf 4% təşkil edir və buna nail olmaq üçün müvafiq addımlar davam etdiriləcək. Bildirilir ki, pul-kredit şərtlərinin sərtləşdirilməsi artıq inflyasiya gözləntilərinin azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, bu qərardan sonra valyuta bazarında rublun dollara və avroya qarşı məzənnəsinin möhkəmlənməsi baş verib. Belə ki, dollar dərhal 20 qəpik, avro isə 25-30 qəpik ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi