Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaltmağa hazırlaşır

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaltmağa hazırlaşır Bu göstəricinin gələn il 7,5%-ə qədər endiriləcəyi proqnozlaşdırılır
Maliyyə
6 İyun , 2017 11:20
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaltmağa hazırlaşır

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) iyunun 16-da keçiriləcək növbəti iclasında uçot dərəcəsinin 0,25 və yaxud 0,5 faiz bəndi azaldılması barədə məsələyə baxılacaq. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun sədri Elvira Nabiullina məlumat verib.

Xatırladaq ki, Rusiya Bankı ötən ay analitiklərin proqnozlarını üstələyərək uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb və 9,25%-ə endirib. Rusiya Dövlət Dumasında jurnalistlərin suallarını cavablandıran E.Nabiullina bildirib ki, rəhbərlik etdiyi qurum inflyasiya göstəriciləri və gözləntiləri, iqtisadi şərait və işsizlik parametrlərinin təhlili əsasında qərar qəbul edəcək: "Mərkəzi Bank uçot dərəcəsini 6,5-6,75% diapazonuna endirməyi planlaşdırır. Amma buna bir neçə il vaxt lazım olacaq".

"Reuters"in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların əksəriyyəti isə bildirib ki, Rusiya Bankı bu ay uçot dərəcəsini 0,25 faiz bəndi endirəcək və gələn ilin I rününün sonuna qədər faizlərdə dəyişiklik olmayacaq. 2018-ci ilin II rübündən isə uçot dərəcəsi yenidən azaldılacaq və 7,5%-ə endiriləcək. 

Son xəbərlər

Orphus sistemi