Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - ƏLAVƏ OLUNUB

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - ƏLAVƏ OLUNUB Qərar rublun məzənnəsinə təsir etməyib
Maliyyə
15 Sentyabr , 2017 17:35
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:37-də verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 8,5%-ə endirib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 4-cü dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb.

"Report" xəbər verir ki, alınmış qərar rublun məzənnəsinə təsir etməyib və məzənnə 57,5 RUB/USD səviyyəsində qalıb.

***

Rusiya Bankının rəhbəri Elvira Nabiullina iclasdan sonra keçirdiyi mətbuat konfransında uçot dərəcəsinin 2019-cu ildə 6,5-7%-ə qədər enə biləcəyini bildirib: "İnflyasiyanın dayanıqlı olaraq 4% həddində formalaşması fonunda Rusiya Bankı uçot dərəcəsini bu səviyyədən maksimum 2,5-3% çox, yəni, 6,5-7% ola bilər. İnflyasiya gözləntilərimiz yüksək olaraq qaldığı müddətdə uçot dərəcəsi neytral səviyyədən yuxarı olacaq".

Son xəbərlər

Orphus sistemi