Rusiya Maliyyə naziri: “Neftin qiyməti 10 ABŞ dolları olsa da yaşaya bilərik”

Rusiya Maliyyə naziri: “Neftin qiyməti 10 ABŞ dolları olsa da yaşaya bilərik” Bu il neftin qiyməti orta hesabla bir barel üçün 30 ABŞ dolları təşkil edəcək.
Maliyyə
6 May , 2020 02:23
Rusiya Maliyyə naziri: “Neftin qiyməti 10 ABŞ dolları olsa da yaşaya bilərik”

Bu il neftin qiyməti orta hesabla bir barel üçün 30 ABŞ dolları təşkil edəcək.

“Report” xəbər verir ki, bu sözləri Rusiya Maliyyə naziri Anton Siluanov deyib.

Nazir bildirib ki, neftin qiymətinin 10 ABŞ dolları olması Rusiya üçün məqbuldur:

“İndi neftə artıq diqqət yetirilmir, çünki lazımi kapital buferi yaratmışıq və hətta neftin qiymətinin 10 ABŞ dolları olsa da yaşaya bilərik. Bu keçmiş müharibədir və buna hazırıq. Bu gün tamamilə yeni miqyaslı bir problemlə qarşılaşırıq”.

Onun sözlərinə görə, pandemiya səbəbindən neftə və neft məhsullarına tələbat kəskin azalıb:

“Nəticədə mart ayında “OPEC plus” ölkələri arasında əldə olunan razılaşmanın ömrü uzun çəkməzdi”. 

Son xəbərlər

Orphus sistemi