Rusiya iqtisadiyyatında staqnasiya daha iki il davam edəcək

Rusiya iqtisadiyyatında staqnasiya daha iki il davam edəcək Analitiklər: İnvestisiya fəallığının zəif olması iqtisadi artımın sürətlənməsinə əngəl yaradır
Maliyyə
25 Avqust , 2017 13:57
Rusiya iqtisadiyyatında staqnasiya daha iki il davam edəcək

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiya iqtisadiyyatında ciddi artım növbəti iki ildə də gözlənilmir. 

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu nəticəyə "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında iştirak edən analitiklər gəliblər. Ekspertlər 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərinin iqtisadi artıma təsir etməyəcəyini, 2017-2019-cu illərdə iqtisadiyyatın zəif artım göstərəcəyini bildiriblər.

Əlavə impulslar olmadan Rusiya iqtisadiyyatının növbəti iki ildə maksimum 2% artacağı ehtimal edilir. Bu il üçün isə analitiklər 1,4-1,5% iqtisadi artım proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, zəif investisiya fəallığı Rusiya iqtisadiyyatında ciddi irəliləmənin olmayacağını göstərir.

"Alfa Bank"ın baş iqtisadçısı Natalya Orlova bildirib ki, növbəti iki ildə vəziyyət böyük ehtimalla 2017-ci ildə olduğu kimi qalacaq: "ÜDM 1-2% diapazonunda artacaq. İqtisadi İnkişaf Nazirliyinin gözlədiyi 2%-lik iqtisadi artım olmayacaq. Bu il ÜDM yəqin ki, 1,4% artacaq". 

Qeyd edək ki, proqnozların azaldılmasına səbəb "Vneşekonombank"ın iyul ayında aylıq müqayisədə ÜDM-in 0,6% azalması ilə bağlı xəbəri olub. İllik iqtisadi artım iyunda 2,7% olduğu halda, iyulda 2%-ə geriləyib. May ayında isə bu göstərici 3,1% təşkil edib. Xatırladaq ki, yanvar-iyul aylarında Rusiya iqtisadiyyatı 1,6% artım göstərib.

Son xəbərlər

Orphus sistemi