Rusiya iqtisadiyyatı yenidən geriləməyə başlayıb

Rusiya iqtisadiyyatı yenidən geriləməyə başlayıb Mütəxəssislər həyəcan təbili çalır
Maliyyə
31 Oktyabr , 2016 19:12
Rusiya iqtisadiyyatı yenidən geriləməyə başlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, bu ilin sentyabr ayında ölkə iqtisadiyyatı geriləyib, o cümlədən sənaye istehsalında azalma baş verib. 

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, avqust ayında Rusiyada sənaye məhsullarının istehsalı 0,3% artdığı halda, mövsümi amillərin aradan qalxması ilə sentyabr ayında 0,2% azalma qeydə alınıb. Ən çox geriləmə emal sənayesində baş verib - 0,4%. İllik müqayisədə isə Rusiyada emal sənayesi 1,6% geriləyib. Ay ərzində minik avtomobillərinin istehsalı 3,6%, trikotaj mallarının istehsalı 4,9%, ayaqqabı istehsalı 9,7%, polad boru istehsalı isə 12,8% azalıb. Bununla da sentyabr ayında illik müqayisədə iqtisadi geriləmə 0,7% təşkil edib.

Bu arada açıqlama verən Rusiyanın keçmiş maliyyə naziri, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aleksey Kudrin hökümətin yeni iqtisadi reallıqlar barədə dəqiq anlayışlarının olmadığını bildirib. O,"Rusiyanın antiinhisar tənzimlənməsi" adlı konfransda deyib ki, "ölkə o qədər rahat qazanılan pullarla qərar verməyə öyrəşib ki, hazırda hökümətin yeni iqtisadi vəziyyətə keçidlə əlaqədar anlayış yoxdur: "Son illər Rusiyanın iqtisadi artım orta hesabla 1% olub və 2020-ci ilə qədər bu həddən çox olacağı gözlənilmir. Bu isə bizim üçün ciddi çağırışdır".

Son xəbərlər

Orphus sistemi