Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatı üçün əsas problem ölkədəki yoxsulluqdur.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın sabiq maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin Ümumrusiya forumunda çıxışı edib.
"Hətta iqtisadi böhrandan əvvəl də bizdə yüksək yoxsulluq səviyyəsi mövcud olub. Rusiyanın ümumi daxili məhsulun (ÜDM) ümumi və adambaşına düşən göstəricisi ilə belə yüksək səviyyədə yoxsulluğun olması utandırıcıdır. Hazırladığımız təkliflərlə yaxın 5-6 ildə yoxsulluğu 25-33% azaltmağı planlaşdırırıq", - deyə o qeyd edib.
Sabiq nazirin sözlərinə görə, Rusiyada həyat səviyyəsi bir neçə ildir ki, aşağı düşməkdədir: "Bu da son nəticədə yoxsulluğun və insanlar arasında qeyri-bərabərliyin artmasına səbəb olur. Sənaye sektoru istisna olmaqla Rusiyada bütün digər sahələrdə çalışanların rifahı zəifləyir. Bu isə Rusiya üçün əsas problemdir".