Rusiya əhalisinin banklardakı vəsaitləri 450 milyard dolları keçib

Rusiya əhalisinin banklardakı vəsaitləri 450 milyard dolları keçib Bu il iyulun 1-nə Rusiya əhalinin banklardakı əmanətlərinin məbləği 28 982,5 trilyon rubl (təxminən 456 milyard ABŞ dolları) təşkil edib.
Maliyyə
30 İyul , 2019 14:10
Rusiya əhalisinin banklardakı vəsaitləri 450 milyard dolları keçib

Bu il iyulun 1-nə Rusiya əhalinin banklardakı əmanətlərinin məbləği 28 982,5 trilyon rubl (təxminən 456 milyard ABŞ dolları) təşkil edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Əmanətlərin Sığortalanması Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, fiziki şəxslərin banklardakı pulları ilin əvvəlindən bəri 4,1%, son 1 ildə isə 2,5% artıb.

Maraqlıdır ki, əmanətlərin artımı Rusiya banklarının illik faiz dərəcələrini azalması fonunda baş verib. Yanvar-iyun aylarında orta əmanət faizi 7,1%-dən 6,5%-ə düşüb. Buna səbəb aparıcı bankların əmanətləri ucuzlaşdırmasıdır. Belə ki, ilk 100-lüyə daxil olan 47 bank əmanət faizlərini azaldıb, 39 bank artırıb, 14 bank isə sabit saxlayıb. 

Son xəbərlər

Orphus sistemi