Rusiya Çin iqtisadiyyatında kəskin azalmanın olacağı barədə xəbərdarlıq edib

Rusiya Çin iqtisadiyyatında kəskin azalmanın olacağı barədə xəbərdarlıq edib Nazir müavini: "Kapital inkişaf etmiş ölkələrə axacaq"
Maliyyə
14 Sentyabr , 2016 17:39
Rusiya Çin iqtisadiyyatında kəskin azalmanın olacağı barədə xəbərdarlıq edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin Çinin iqtisadi çətinliklərinin qlobal iqtisadi problemlərlə birlikdə neftin 30 dollar/barelə qədər ucuzlaşmasına səsəb ola biləcəyini bəyan edib. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, nazir müavini Çinin böyümə modelinin dayanıqlı olmadığını, ölkədə nəhəng struktur disbalansının olduğunu, inkişaf istiqamətində bir çox problemlərin yaşandığını bildirib. O, son göstəricilər fonunda kapital axınında ilin əvvəlində olduğu kimi yenidən artımın baş verdiyini qeyd edib.

M.Oreşkin həmçinin Çində daşınmaz əmlak qiymətlərində "köpük" yarandığını və qiymətlərin sərt düşmə ehtimalının yarandığını xatırladıb. Nəticədə nazir müavini bütün baş verənlərin neft qiymətlərinə mənfi təsir edəcəyini xatırladıb. Rusiya rəsmisi qlobal maliyyə bazarlarında gəlirliliyin artdığını, xüsusilə ABŞ-da faizlərin artması fonunda investisiyaların bu bölgələrə axacağını bildirib.

Son xəbərlər

Orphus sistemi