Rusiya banklarının xalis mənfəəti mayda azalıb

Rusiya banklarının xalis mənfəəti mayda azalıb Bu ilin yanvar-may aylarında Rusiyanın bank sektoru 561 milyard rubl (8,2 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Maliyyə
10 İyun , 2020 17:01
Rusiya banklarının xalis mənfəəti mayda azalıb

Bu ilin yanvar-may aylarında Rusiyanın bank sektoru 561 milyard rubl (8,2 milyard ABŞ dolları) xalis mənfəət əldə edib. 

“Report” xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Naibullina bildirib.

Onun sözlərinə görə, mayda yerli bankların xalis mənfəəti koronavirus (COVID) pandemiyasının təsiri ilə 500 milyon rubl (7,3 milyon ABŞ dolları) azalıb.

“Pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadi vəziyyəti dərhal düzəltməyəcək. Bununla belə, gələcəyə nikbin baxırıq, çünki ticarət əməliyyatları bərpa olunur. İqtisadiyyatın özünü bərpa etməsi üçün bir neçə rüb lazımdır”, - deyə tənzimləyici qurumun rəhbəri bildirib.

Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsi gözlənilən həddə olduğu üçün uçot dərəcəsini daha da azaltmaq üçün imkanlar var.

Xatırladaq ki, Rusiya Bankı bu ilin aprel ayında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq son 6 ildə ilk dəfə 6%-dən 5,5%-ə endirib. 

Son xəbərlər

Orphus sistemi