Rusiya bankları səhmdarlar hesabına sağlamlaşdırılacaq

Rusiya bankları səhmdarlar hesabına sağlamlaşdırılacaq Yeni mexanizm yaxın 3 il ərzində xüsusi nəzarət rejimində tətbiq ediləcək
Maliyyə
1 Sentyabr , 2016 20:05
Rusiya bankları səhmdarlar hesabına sağlamlaşdırılacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gündən Rusiyada "Müflisləşmə haqqında" qanun qüvvəyə minib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni qanun banklara səhmdarlar hesabına sağlamlaşmaq imkanı verib.

Bununla belə, yeni mexanizm yaxın 3 il ərzində xüsusi nəzarət rejimində tətbiq ediləcək.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Mərkəzi Bankının sədr müavini Mixail Suxov bəyan edib ki, yaxın 2 il ərzində 30-40 bankın öz səhmdarı hesabına sağlamlaşdırılacağı gözlənilir: "Səhmdarlar Mərkəzi Bankın nəzarəti altında pay sahibi olduqları bankların maliyyə göstəriclərinin yaxşılaşdırılmasında iştirak edəcəklər".

Son xəbərlər

Orphus sistemi