Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı Bu həftə Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları 29,8 milyard ABŞ dolları, yaxud 5,1% azalıb.
Maliyyə
28 Mart , 2020 17:00
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

Bu həftə Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları 29,8 milyard ABŞ dolları, yaxud 5,1% azalıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, son nəticədə qurumun valyuta ehtiyatları 581 milyard ABŞ dollarından 551,2 milyard ABŞ dollarına düşüb.

Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Rusiya Bankında ən böyük azalmadır. Belə ki, 2008-ci ilin oktyabr ayında valyuta ehtiyatları 30,6 milyard ABŞ dolları, 2009-cu ilin yanvar ayında isə 30,3 milyard ABŞ dolları azalma nümayiş etdirmişdi. 

Son xəbərlər

Orphus sistemi