Rusiya Bankı valyuta alışını bərpa edəcək

Rusiya Bankı valyuta alışını bərpa edəcək Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) yanvarın 15-dən daxili bazarda Maliyyə Nazirliyi üçün müntəzəm xarici valyuta alışını bərpa edəcək.
Maliyyə
14 Dekabr , 2018 17:01
Rusiya Bankı valyuta alışını bərpa edəcək
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) yanvarın 15-dən daxili bazarda Maliyyə Nazirliyi üçün müntəzəm xarici valyuta alışını bərpa edəcək.

“Report” bu barədə quruma istinadən xəbər verir.

“Bu qərar ölkənin maliyyə bazarının stabilləşməsi üçün qəbul edilib. Valyuta alışı büdcə mexanizmlərinin icrası çərçivəsində həyata keçiriləcək", - deyə tənzimləyici qurumun açıqlamasında qeyd olunub. 

Xatırladaq ki, Mərkəzi Bank valyuta alışını bu ildən dayandırıb. 

Son xəbərlər

Orphus sistemi