Rusiya Bankı uçot dərəcəsini artırıb

Rusiya Bankı uçot dərəcəsini artırıb Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini daha 1 faiz bəndi artıraraq 5,5%-dən 6,5%-ə çatdırıb.
Maliyyə
23 İyul , 2021 17:36
Rusiya Bankı uçot dərəcəsini artırıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini daha 1 faiz bəndi artıraraq 5,5%-dən 6,5%-ə çatdırıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurum məlumat yayıb.

Məlumatda deyilir ki, uçot dərəcəsi 2019-cu ilin oktyabr-dekabr aylarındakı səviyyədədir. Qonşu ölkədə uçot dərəcəsinin ən yüksək artımı və həddi isə 2014-cü ildə qeydə alınıb. Həmin vaxt rubl sürətlə dəyərdən düşdüyündən və yüksək inflyasiya riskləri yarandığından Rusiya bankı uçot dərəcəsini 6,5 faiz bəndi artıraraq 17%-ə çatdırmışdı.

Son xəbərlər

Orphus sistemi