Rusiya Bankı rüblük iqtisadi artım proqnozunu açıqlayıb

Rusiya Bankı rüblük iqtisadi artım proqnozunu açıqlayıb Bakı. 1 mart. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu ilin I rübündə ölkə iqtisadiyyatının 1-1,5% böyüyəcəyini proqnozlaşdırır.
Maliyyə
1 Mart , 2019 15:10
Rusiya Bankı rüblük iqtisadi artım proqnozunu açıqlayıb

Bakı. 1 mart. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu ilin I rübündə ölkə iqtisadiyyatının 1-1,5% böyüyəcəyini proqnozlaşdırır. 

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, bu ilin yanvar ayında ölkədə biznes fəaliyyəti ilə bağlı göstəricilər Mərkəzi Bankın gözləntiəri ilə üst-üstə düşüb. Ay ərzində sənaye məhsullarının istehsal həcmi illik müqayisədə 1,1% azalsa da, əvəzində tikinti sektorunda artım müşahidə olunub. 

“Bu ilin I rübündə ümumi daxili məhsulun (ÜDM) artımı ötən rüblə müqayisədə 0,1-0,3 bəndi çox olacaq”, - deyə Rusiya Bankı bəyan edib. 

Son xəbərlər

Orphus sistemi