Rusiya Bankı rəqəmsal valyutasını yarada bilər

Rusiya Bankı rəqəmsal valyutasını yarada bilər Rusiya Bankı (Mərkəzi Bank) rəqəmsal valyutasının dövriyyəyə buraxılması imkanlarını nəzərdən keçirir.
Maliyyə
15 İyun , 2019 18:00
Rusiya Bankı rəqəmsal valyutasını yarada bilər

Rusiya Bankı (Mərkəzi Bank) rəqəmsal valyutasının dövriyyəyə buraxılması imkanlarını nəzərdən keçirir. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun sədri Elvira Nabiullina məlumat verib. 

Bununla belə, onun sözlərinə görə, bu məsələnin yaxın vaxtlarda reallaşması mümkün olmayacaq. Hazırda Rusiya Bankı digər ölkələrin rəqəmsal valyuta ilə bağlı təcrübəsini öyrənir.

"Bu layihənin uğurla reallaşdırılması üçün etibarlı və yetkin texnologiya olmalıdır. Üstəlik, cəmiyyət nağdsız ödənişlərdən imtina etməyi bacarmalıdır", - deyə E.Nabiullina qeyd edib. 

Son xəbərlər

Orphus sistemi