Rusiya Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq dairəsini genişləndirir

Rusiya Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq dairəsini genişləndirir ​Sergey Narışkin: "40 ölkə AİB-lə azad ticarət əlaqəsi yaratmaq istədiyini açıqlayıb"
Maliyyə
24 Noyabr , 2014 15:57
Rusiya Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq dairəsini genişləndirir
Bakı. 24 noyabr. REPORT.AZ/ "Rusiyanın bəzi ortaqları və MDB ölkələri xarici təzyiqlərə görə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmaqdan, yaxud onunla əməkdaşlıq etməkdən çəkinir". "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin "Prezident, Parlament və İnteqrasiya" adlı beynəlxalq konfransda çıxış edərkən bildirib: "40 ölkə AİB-lə azad ticarət əlaqəsi yaratmaq istədiyini açıqlayıb. Amma Ukrayna Avropaya inteqrasiya yolunu seçib".

Onun sözlərinə görə, geosiyasi seçim hər bir dövlətin suveren hüququdur və dövlətlər özləri bu seçimi edir: "AİB-ə üzv olmaq, yaxud əməkdaşlıq dövlətlərin milli, həmçinin qonşu ölkələrin maraqlarına uyğun qurulur. Biz artıq üzv ölkələrin parlament əməkdaşlığını təşkil etmək istəyirik. Həmçinin inteqrasiya prosesindəki əhəmiyyətli sənədləri qəbul etmək üçün komitələr səviyyəsində də görüşlər keçiriləcək. Hesab edirəm ki, sahibkarlar və ekspertlərin iştirakı ilə cari problemlərin müzakirəsi üçün görüşlərin də keçirilməsi maraqlı olardı. May ayında Astanada Avrasiya Ali İqtisadi Şurasının iclası zamanı Avrasiya inteqrasiya prosesinə Qırğız Respublikasının qoşulması üçün fəaliyyət planı imzalanıb. Hazırda zəruri qanunvericilik paketi bu ölkə parlamentinin icraatındadır. Tələb olunan bütün sənədlərin ilin sonuna qədər hazır olacağına ümid edirik".

Xatırladaq ki, Moldova, Gürcüstan və Ukrayna bu il iyunun 27-də Avropa Birliyi ilə assosiativ saziş imzalayıb.

Son xəbərlər

Orphus sistemi