Rusiya aeroportlarında "Tax free" ödənişində dəyişiklik edilə bilər

Rusiya aeroportlarında "Tax free" ödənişində dəyişiklik edilə bilər Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya hava limanlarında xarici vətəndaşlar üçün nağd Tax free ödənişi gömrük və pasport nəzarətindən kənarda tətbiq edilə bilər.
Maliyyə
14 Dekabr , 2018 11:55
Rusiya aeroportlarında Tax free ödənişində dəyişiklik edilə bilər

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya hava limanlarında xarici vətəndaşlar üçün nağd "Tax free" ödənişi gömrük və pasport nəzarətindən kənarda tətbiq edilə bilər.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Sənaye və Ticarət Nazirliyi artıq bu istiqamətdə işləyir. İlk dəfə belə bir təşəbbüslə "Şerementyevo" aeroportu çıxış edib. Bu təşəbbüs xidmət keyfiyyətinin yüksəldilməsi və "Tax free" ilə bağlı beynəlxalq təcrübə nəzərə alınaraq sərnişinlərə maksimum rahatlıq yaradılması məqsədi daşıyır. "Domodedovo" aeroportu da bu ideyanı dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, hazırda nağd "Tax free" ödənişi hava limanlarında bütün yoxlama prosedurlarından keçməzdən əvvəl valyuta mübadiləsi məntəqələri vasitəsilə həyata keçirilir. Qüvvədə olan qanunvericilik valyuta dəyişmə məntəqələrinin fəaliyyətini məhdudlaşdırır. Ancaq bu məhduddiyyətin aradan qaldırılması planlaşdırılır.

Xatırladaq ki, hazırda nağd "tax free" ödənişləri yalnız Moskva hava limanlarında mümkündür.  

Son xəbərlər

Orphus sistemi