Rüfət Aslanlı: "Banklara təyin edilən müvəqqəti inzibatçılara əlavə səlahiyyətlər veriləcək"

Rüfət Aslanlı: "Banklara təyin edilən müvəqqəti inzibatçılara əlavə səlahiyyətlər veriləcək" Qeyri-sağlam bank öhdəlikləri ilə birlikdə “Körpü-Bank”a ötürüləcək, sonra isə həmin bank satılacaq
Maliyyə
4 Noyabr , 2016 11:43
Rüfət Aslanlı: Banklara təyin edilən müvəqqəti inzibatçılara əlavə səlahiyyətlər veriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda problemli bankların idarə olunması ilə bağlı hazırlanmış qanun layihəsi kredit təşkilatlarına təyin olunan müvəqqəti inzibatçılara əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Bu, bank qanunvericiliyinin dəyişməsi deyil, daha da təkmilləşdirilməsi deməkdir. Azərbaycanın bank tənzimlənməsi və nəzarət qanunvericiliyində müvəqqəti inzibatçının vəzifələri dəqiq göstərilməyib. Məqsədimiz odur ki, ödəniş qabiliyyətini itirmiş, kapital çatışmazlığı problemi olan banklara gələcəkdə təyin ediləcək müvəqqəti inzibatçılar əlavə səlahiyyətlərə malik olsunlar”, - deyə R.Aslanlı qeyd edib.

Onun sözlərinə görə, qanun layihəsi müvəqqəti inzibatçının problemli bankın sağlam aktivlərini onun öhdəliklərinin bir hissəsi ilə birlikdə hərrac vasitəsilə başqa banka ötürməsini, bundan əldə olunan vəsait hesabına sağlamlaşdırma tədbirləri həyata keçirməsini nəzərdə tutur: “Həmçinin, layihədə “Körpü-Bank” anlayışı var. Sağlam olmayan bankın öhdəlikləri ilə birlikdə “Körpü-Bank”a ötürülməsi, sonra isə həmin bankın satılması nəzərdə tutulub. Bu da qabaqcıl dünya təcrübəsinə uyğundur”.

Son xəbərlər

Orphus sistemi