"Royalbank"ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq

"Royalbank"ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 23-dən ləğv prosesində olan Royalbank ASC-nin təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlayacaq.
Maliyyə
18 Aprel , 2018 12:51
Royalbankın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 23-dən ləğv prosesində olan "Royalbank" ASC-nin təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlayacaq. 

"Report" fonda istinadən xəbər verir ki, ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, ADIF-in Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etsinlər. 

Son xəbərlər

Orphus sistemi