"Royal Bank"ın təminatsız kreditorlarına kompensasiya ödənişinə başlanılıb

"Royal Bank"ın təminatsız kreditorlarına kompensasiya ödənişinə başlanılıb Bu barədə bankın ləğvedicisi məlumat verib
Maliyyə
5 Avqust , 2016 14:27
Royal Bankın təminatsız kreditorlarına kompensasiya ödənişinə başlanılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Royal Bank" ASC-nin təminatsız kreditorlarına kompensasiya ödənişinə başlanılıb. Bu barədə "Report"a açıqlamasında Bankın ləğvedicisi - “Azerbaijan İnternational Consulting Company” MMC-nin direktoru Natiq Yusifoğlu məlumat verib.

"Bu, bankın ləvğ edilməsinə başlanandan bəri sayca 6-cı ödəniş mərhələsidir", - deyə o, qeyd edib.

N.Yusifoğlu, həmçinin bildirib ki, lisenziyası ötən ilin iyul ayında ləğv edilmiş "Azərbaycan Kredit Bankı" və "Eurobank" ASC-lərin də məcburi ləğvetmə prosesi davam edir.

"Bu iki bankda öhdəliklərlə bağlı iş qalmayıb. "Eurobank"da onsuz da əmanət olmayıb. Çünki vaxtı ilə Azərbaycan Mərkəzi Bankı onun əmanət qəbulu üçün lisenziyasını ləğv edib. "Azərbaycan Kredit Bankı"nda isə hamının pulu verilib. Müəyyən adamlar var ki, onlar pullarının arxasınca gəlməyiblər, həmin məbləğləri də biz notariat kontorlarının depozit hesablarına köçürmüşük, sahibləri istədikləri vaxt gəlib pulu götürə bilərlər. Hazırda yalnız hər iki bankın verdiyi kreditlərin yığılması ilə məşğuluq ", - deyə “Azerbaijan İnternational Consulting Company”nin rəhbəri bildirib.

Xatırladaq ki, "Royal Bank"da qorunan əmanəti olanlara kompensasiya ödənişi artıq başa çatıb. Əmanətlərin Sığortalanması Fondu Bankın əmanətçilərinə toplam təxminən 17 mln. manat ödəyib.

"Azərbaycan Kredit Bankı" isə bütün əmanətçilərinin pulunu özü qaytarıb.

Son xəbərlər

Orphus sistemi