​“Rosneft” 40,6 mlrd. dollar borc alır

​“Rosneft” 40,6 mlrd. dollar borc alır Rusiya hökuməti dövlət neft şirkəti olan “Rosneft”ə 1,5 trln. Rusiya rublu borc pul verə bilər
Maliyyə
9 Sentyabr , 2014 09:27
​“Rosneft” 40,6 mlrd. dollar borc alır
Bakı. 9 sentyabr. REPORT.AZ/ Rusiya hökuməti dövlət neft şirkəti olan “Rosneft”ə 1,5 trln. Rusiya rublu borc pul verə bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Vedemosti” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə Rusiya Baş Naziri Dimitri Medvedyev “Rosneft”in yaranmış borclarını ödəmək üçün dövlət büdcəsindən 1,5 trln. Rusiya rublu (40,6 mlrd. ABŞ dolları) borc ala biləcəyini deyib.

Ötən ay hökumətə yaxın mənbələrdən biri kompaniyanın prezidenti İqor Seçinin Ukrayna olaylarına görə 1,5 trln. rubl ziyana düşdüklərini və Milli Sərvət Fondundan yardım istədiyini yazıb.

Başqa bir mənbə isə deyib ki, Putin İ.Seçinin “Qorxunc plan”ını bəyənməyib və onu geri qaytarıb.

Amma ötən həftənin sonunda “Vedemosti” qəzetinə açıqlama verən Baş nazir Dimitri Medvedyev ölkədən ixrac edilən neftin 40%-nə sahib olan “Rosneft”ə lazım olan yardımı verə biləcəklərini deyib.

Xatırladaq ki, şirkətin son açıqlamasına görə ötən il “Rosneft” Anqlo-Rusiya neft şirkəti olan TNK-BP-dən 55 mlrd. dollar borc götürüb və bu ilin sonuna məlum şirkətə qədər 440 mlrd. rubl (12 mlrd. ABŞ dolları), gələn il isə 626 mlrd. rubl (17 mlrd. ABŞ dolları) pul ödənilməlidir.

Son xəbərlər

Orphus sistemi