“Rəvan Sığorta” ötən ili mənfəətlə başa vurub

“Rəvan Sığorta” ötən ili mənfəətlə başa vurub “Rəvan Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,122 mln. manat təşkil edib.
Maliyyə
1 aprel 2019 13:43
“Rəvan Sığorta” ötən ili mənfəətlə başa vurub

“Rəvan Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,122 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,3% çoxdur.

2018-ci ildə “Rəvan Sığorta”nın cəmi öhdəlikləri 40,5% artaraq 2,43 mln. manata, cəmi kapitalı isə 1,5% artaraq 12,692 mln. manata çatıb.

Ötən il “Rəvan Sığorta”nın gəlirləri 1,569 mln. manat (əvvəlki ilə nisbətən 26,5% az), xərcləri 1,342 mln. manat (57,7% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Son nəticədə “Rəvan Sığorta” 2018-ci ili 227 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 1,041 mln. manat zərərlə çıxmışdı.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi