“Rəvan Sığorta” ötən ili 1 mln. manatdan artıq xalis zərərlə başa vurub

“Rəvan Sığorta” ötən ili 1 mln. manatdan artıq xalis zərərlə başa vurub Bakı. 27 mart. REPORT.AZ/ “Rəvan Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 14,229 mln. manat təşkil edib.
Maliyyə
27 Mart , 2018 16:45
“Rəvan Sığorta” ötən ili 1 mln. manatdan artıq xalis zərərlə başa vurub

Bakı. 27 mart. REPORT.AZ/ “Rəvan Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 14,229 mln. manat təşkil edib.

“Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,4% azdır.

2017-ci ildə “Rəvan Sığorta”ın cəmi öhdəlikləri 35,5% azalaraq 1,73 mln. manata, cəmi kapitalı isə 7,8% azalaraq 12,499 mln. manata düşüb.

Ötən il “Rəvan Sığorta”nın gəlirləri 2,135 mln. manat (əvvəlki ilə nisbətən 42,5% az), xərcləri isə 3,177 mln. manat (5,5% az) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 1,041 mln. manat xalis zərərlə başa vurub. Halbuki “Rəvan Sığorta” 2016-cı ildən 279 min manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi