"Rəvan Sığorta"nın aktivləri bu il 2%-dən çox azalıb

"Rəvan Sığorta"nın aktivləri bu il 2%-dən çox azalıb Şirkət ilin ilk yarısını təxminən 1 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
8 Sentyabr , 2016 13:03
Rəvan Sığortanın aktivləri bu il 2%-dən çox azalıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Rəvan Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 17,235 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 2,43% azdır.

Son 6 ayda "Rəvan Sığorta"nın cəmi öhdəlikləri 30,9% azalaraq 3,131 mln. manat, cəmi kapitalı isə 7,37% artaraq 14,103 mln. manat olub.

Hesabat dövründə Şirkətin gəlirləri 2,06 mln. manat, xərcləri isə 1,091 mln. manat təşkil edib. Son nəticədə "Rəvan Sığorta" ilin ilk yarısını 969 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi