Bakı. 5 aprel. REPORT.AZ/ “Rəvan Sığorta”nın cəmi aktivləri bu il yanvarın 1-nə 16,242 mln. manat təşkil edib.
“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,1% azdır.
2016-cı ildə “Rəvan Sığorta”nın uzunmüddətli aktivləri 12,3% artaraq 1,207 mln. manat, qısamüddətli öhdəlikləri isə 9,4% azalaraq 15,035 mln. manat olub.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 40,8% azalaraq 2,683 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 42% azalaraq 2,546 mln. manat, qısamüddətli öhdəlikləri isə 2,4% azalaraq 136 mim manat olub.
Ötən il sığortaçının cəmi kapitalı 3,2% artaraq 13,559 mln. manata çatıb.
2016-cı ildə “Rəvan Sığorta”nın cəmi gəlirləri 3,711 mln. manat (2015-ci ilə nisbətən 6,6% az), cəmi xərcləri isə 3,363 mln. manat (2,6% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 349 min manat olub ki, bu da illik müqayisədə 33,1% azdır.
“Rəvan Sığorta” ötən il 69 min manat mənfəət vergisi ödəyib və ili 279 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.