“Rəvan Sığorta”da kadr dəyişikliyi olub

“Rəvan Sığorta”da kadr dəyişikliyi olub Şirkətin məsul aktuarisi dəyişib
Maliyyə
5 Dekabr , 2016 16:49
“Rəvan Sığorta”da kadr dəyişikliyi olub

Bakı. 5 dekabr. REPORT.AZ/ “Rəvan Sığorta” ASC-nin məsul aktuarisi dəyişib. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, indiyə qədər bu vəzifəni tutan İlahə Manafovanı Mirvari Ağayeva əvəz edib. M.Ağayeva bundan əvvəl hazırda ləğvetmə prosesində olan “Buta Sığorta” ASC-nin məsul aktuarisi vəzifəsində çalışıb.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8,9 mln. manatdır. Şirkətin səhmlərinin 49,1%-i daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi