“Rəvan Sığorta” bazarı tərk edir

“Rəvan Sığorta” bazarı tərk edir Avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Maliyyə
494
8 İyul , 2020 13:20
“Rəvan Sığorta” bazarı tərk edir

Avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına Müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə Filialının ləğv edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Son xəbərlər

Orphus sistemi