Rəşad Orucov: "AMB inflyasiya üzrə proqnozlarını hər rüb yeniləyir"

Rəşad Orucov: "AMB inflyasiya üzrə proqnozlarını hər rüb yeniləyir" Azərbaycan Məzkəzi Bankı (AMB) 2024-cü və 2025-ci illər üzər inflyasiya proqnozlarını açıqlasada, bunlar rüblük olaraq yenilənir, çünki proqnozlara təsir edən çoxsaylı daxili və xarici faktorlar var.
Maliyyə
17 noyabr 2023 09:35
Rəşad Orucov: AMB inflyasiya üzrə proqnozlarını hər rüb yeniləyir

Azərbaycan Məzkəzi Bankı (AMB) 2024-cü və 2025-ci illər üzər inflyasiya proqnozlarını açıqlasada, bunlar rüblük olaraq yenilənir, çünki proqnozlara təsir edən çoxsaylı daxili və xarici faktorlar var.

"Report" xəbər verir ki, bunu AMB sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Daxili və xarici faktorların dəyişməsindən asılı olaraq rüblük olaraq bu proqnozlar da yenilənir. Görünən odur ki, bütövlükdə inflyasiya göstəricilərinə təsir edən əsas faktorlarda müəyyən yaxşılaşma hiss olunsa da, yəni bütövlükdə qlobal əmtəə qiymətlərində azalma, idxal olunan inflyasiyanın bizim inflyasiya göstəricilərinə əhəmiyyətli təsir etdiyi tərəfdaş ölkələrdə inflyasiya göstəricilərində əhəmiyyətlə azalma olsa da, bütövlükdə gözləntilərdə volatillik qalmaqdadır.

Ona görə də biz bu volatlliyi, risklər balansını nəzərə alaraq kifayət qədər ehtiyatlı və konservativ qərarların qəbul edilməsinin tərəfdarıyıq. Monetar siyasət haqqında qərarların qəbulu zamanı da məhz inflyasiya gözləntilərində dayanıqlıq təmin olunduqdan sonra yumşalma tsiklinə daxil olmaq olur", - R. Orucov bildirib.

Qeyd edək ki, AMB bu il ölkədə illik inflyasiyanın 4,3 %, gələn il 5,3 %, 2025-ci ildə isə 3,4 % olacağını proqnozlaşdırır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 %, qeyri-ərzaq məhsulları üzrə 109,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi