“Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 73 %-i icra edilib

“Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 73 %-i icra edilib Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən rəqəmsal transformasiyanın mühüm tərkib hissəsi kimi rəqəmsal bankçılığı qeyd etmək olar”.
Maliyyə
122
8 Dekabr , 2021 11:29
“Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 73 %-i icra edilib
Vüsal Qasımlı

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən rəqəmsal transformasiyanın mühüm tərkib hissəsi kimi rəqəmsal bankçılığı qeyd etmək olar”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda deyib.

“2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində planlaşdırılmış tədbirlərin 70,3 %-nin icrası yekunlaşıb, 4,6 %-i qismən icra olunub, 25,1 %-i isə icra olunmamış hesab edilir. Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 % səviyyəsində qiymətləndirilir. Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83 %, bank sektorunun yenidən canlandırılması 54,5 %, rəqəmsal ekosistemin formalaşdırılması 70 %, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100 % icra olunub.

Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması üzrə texniki infrastruktur hazırlanıb, sistemin tətbiqi üçün normativ hüquqi baza formalaşdırılması istiqamətində tədbirlər icra edilib, ödəniş infrastrukturunun iştirakçıları ilə inteqrasiya istiqamətində mühüm irəliləyişlərə nail olunub və sistem istismara verilib. ISO20022 standartlarının tətbiqi üzrə layihələrə beynəlxalq ekspertlər cəlb edilib. Bu standartların tətbiqi üzrə bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb və mərhələli keçid planı hazırlanıb.

Bank olmayan ödəniş xidməti təchizatçılarının bazarın aktiv iştirakçısına çevrilməsi və onlar tərəfindən innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi məqsədilə təbliğat və təşviqat layihələri hazırlanıb, müvafiq istiqamətdə forum və müzakirələr keçirilib, fintek fəaliyyətlərinin təşviqi və koomunikasiyası üzrə assosiasiya yaradılıb. Ölkədə ən son maliyyə texnologiyalarının tətbiqi məqsədilə Rəqəmsal Transformasiya Planı hazırlanaraq Paylanılmış reyestr texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində rəqəmsal bankçılıq xidmətləri üzrə bank sektorunda cari vəziyyət qiymətləndirilib, məsafəli bank xidmətlərinin tətbiqinə mane olan amillər müəyyən edilmiş, internet və mobil bankçılıq xidmətlərinin bankların klassik xidmət paketinə daxil edilməsi üçün banklarla təbliğat və təşviqat işləri aparılıb.

Ölkəyə səfər edən xarici turistlərin nəqliyyatda (o cümlədən taksidə), əyləncə yerlərində, alış-veriş mərkəzlərində hesablaşmaları nağdsız qaydada həyata keçirmələrinə imkan verən öncədən ödənilmiş ödəniş məhsullarının yaradılması və təbliğatı təmin edilib. Debet ödəniş kartı funksiyalarını özündə birləşdirən və beynəlxalq standartlara (“International Student Identity Card” – ISIC standartlarına) uyğun vahid tələbə kartlarının verilməsi imkanları qiymətləndirilmiş və tətbiq edilib”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi