​"Report": Qızıl kəskin ucuzlaşa bilər - PROQNOZ

​"Report": Qızıl kəskin ucuzlaşa bilər - PROQNOZ Azərbaycanın qızıl ehtiyatları son 11 ayda 110 mln. dollar dəyərdən düşüb
Maliyyə
10 Mart , 2015 12:04
​Report: Qızıl kəskin ucuzlaşa bilər - PROQNOZ

Bakı. 10 mart. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti iki illik minimal həddə yaxınlaşır. Bu gün səhər qızılın 1 unsiyasının qiyməti 1 167 ABŞ dollara düşüb və 2013-cü ilin yanvar ayından sonra 1 150-1 400 dollar/unsiya intervalında hərəkət edib.

"Report"un analitik qrupu qeyd edir ki, artıq qızılın qiymətinin hansı istiqamətdə dəyişəcəyinin müəyyən olunma zamanı yaxınlaşıb. Qızıl qiymətinin dünya valyuta bazarında dolların lehinə dəyişikliklər fonunda enişə keçməsi gözlənilir və hazırkı 1 167 dollar/unsiya qiymət həddinin yaxın günlərdə daha da düşməsi ehtimal olunur. Əgər 1 130 dollar səviyyəsində qızıla tələb gəlməsə, qiymət ilk mərhələdə 1 045 dollar, daha sonra, nizbətən uzunmüddətli perspektivdə isə hətta 700 dollara qədər geriləyə bilər.

Qızılın qiymətinin bu cür geriləməsi bir çox ölkənin qızıl ehtiyatlarına ciddi zərbə vura bilər. Məsələn, keçən həftə açıqlanan hesabata əsasən, son bir ayda (fevralda) Rusiyanın qızıl ehtiyatları (46,790 mlrd. dollar) 4,6% və ya 2,271 mlrd.dollar azalıb. Qızılın qiyməti 1 045 dollara qədər geriləyərsə, Rusiyanın qızıl ehtiyatları daha 42 mlrd. dollara azalacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın qızıl ehtiyatları 970 146 unsiya təşkil edir və cari qiymətlə bu, 1,132 mlrd. dollara bərabərdir. Qızılın qiyməti 1 045 dollar/unsiyaya qədər geriləyərsə, Azərbaycanın qızıl ehtiyatları dollar ekvivalentində 1 mlrd. dollara enəcək, yəni təxminən 12% dəyərdən düşəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu qızıl fiziki alışını 2014-cü ilin mart ayınunda tamamlayıb və həmin ilin aprelin 1-nə dünya bazarında qızılın qiyməti 1 280 dollar/unsiya olub. Nəticədə, ötən dövr ərzində Fondun qızıl aktivləri təxminən 110 mln. dollar ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi