"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 İngiltərə, Avstraliya və Yeni Zelandiya mərkəzi banklarının monetar siyasət iclasları keçiriləcək
Maliyyə
5 Fevral , 2018 10:01
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 5 fevral. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 5-9 fevral həftəsinin ən vacib iqtisadi xəbərləri Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Çin və Kanadada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Fevralın 8-də Bakı vaxtı ilə saat 16:00-də Böyük Britaniya Mərkəzi Bankının (BoE) növbəti monetar siyasət iclasının nəticəsi açıqlanacaq. Analitiklər iclasda uçot dərəcəsinin 0,5%-də sabit saxlanılacağını ehtimal edirlər. İclasdan sonra BoE rəhbərinin mətbuat konfransı keçiriləcək. Fyuçers kontraktları BoE-nin uçot dərəcəsini may ayında artırma ehtimalını 50% göstərir. Həmçinin, fevralın 8-də IV rübün inflyasiya göstəricisi, bu gün isə xidmət sektoru üzrə işgüzar fəallıq göstəricisi açıqlanacaq;

2) Fevralı6-da Bakı vaxtı ilə saat 07:30-da Avstraliya Mərkəzi Bankı monetar siyasəiclası keçiriləcək. Analitiklər arasındakı konsensusa görə, uçot dərəcəsi 16-cı dəfə 1,5% səviyyəsində sabit saxlanılacaq;

3) Fevralın 8-də Bakı vaxtı ilə saat 00:00-da Yeni Zelandiya Mərkəzi Bankı monetar siyasət iclası keçirəcək. Analitiklər arasında əldə olunan konsensusa görə, uçot dərəcəsi 8-ci dəfə dəyişilməyərək 1,75%-də saxlanılacaq;

4) Fevralın 6-da Bakı vaxtı ilə saat 07:00-da Çində yanvar ayı üzrə ticarət balansının saldosu açıqlanacaq. Ticarət profisitinin 54 mlrd. dollar olması gözlənilir. Çində yanvar ayında ixracın illik müqayisədə 9,5%, idxalın isə 10% artması ehtimal edilir. Fevralın 9-da Çində yanvar ayının inflyasiya göstəricisi açıqlanacaq;

5) Fevralın 9-da Bakı vaxtı ilə saat 17:30-da Kanadada yanvar ayının məşğulluq göstəricisi açıqlanacaq. Göstəricinin dekabr ayı ilə müqayisədə 44 500 nəfər azalaraq 10 000-ə enməsi gözlənilir. Həmçinin, işsizliyin 0,1 faiz bəndi artaraq 5,8%-ə yüksəlməsi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi