​"Report": Avro oktyabra qədər bahalaşacaq - PROQNOZ

​"Report": Avro oktyabra qədər bahalaşacaq - PROQNOZ Yunanıstanın Avropa İttifaqında qalması və ya çıxması avroya müsbət təsir edəcək
Maliyyə
30 İyun , 2015 13:22
​Report: Avro oktyabra qədər bahalaşacaq - PROQNOZ

Bakı. 30 iyun. REPORT.AZ/ Yunanıstan böhranının həll variantından asılı olmayaraq, avro tezliklə əsaslı şəkildə dünya valyuta bazarında, eləcə də Azərbaycanda yüksəlişə keçəcək. Bu ilin oktyabr ayına qədər avronun məzənnəsinin 1,22 USD/EUR-ə qədər artması gözlənilir. "Report" xəbər verir ki, hazırda bu, 1,12 USD/EUR səviyyəsindədir.

 Yunanıstan düşdüyü maliyyə böhranından çıxmaq üçün sərt islahatlara əl atmalıdır. Avropalı kreditorlar və BVF-nin sərt iqtisadi islahatlar tələbi yunanlar tərəfindən qəbul olunmasa, Yunanıstan Avropa İttifaqından (Aİ) ayrılmağa məcbur olacaq. Rəsmi Afina isə bunun məsuliyyətini öz üzərinə götürmür və baş nazir Aleksis Tsipras kreditorların tələbini iyulun 5-də keçiriləcək ümumxalq referendumuna çıxarmaq qərarı alıb.

Qeyd edək ki, dünyanın iki Nobel mükafatlı məşhur iqtisadçısı Paul Kruqman (Paul Krugman) və Cozef Stiqlits (Joseph E.Stiglitz) Yunanıstanın Aİ-dən ayrılmasını zəruri sayır. Əgər referendumda xalq islahatları dəstəkləyərsə, bu halda ölkə uzunmüddətli böhranla qarşılaşacaq. Çünki Yunanıstan hətta islahatlar paketini qəbul etsə də, cari xarici borclarını ödəyə bilməyəcək və islahatlar ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb olacaqlar. Əks halda isə Yunanıstan yenidən milli valyutasına dönəcək və devalvasiya həyata keçirməklə ölkənin iqtisadi inkişafına nail ola biləcək.

Göründüyü kimi, Yunanıstanın Aİ-də qalması həm Yunanıstan, həm də Aİ üçün lazımsızdır. Yunanıstanın Aİ-dən çıxması avro üzərində olan təzyiqlərin bitməsinə səbəb olacaq, qalması da avroya psixoloji dəstək verəcək.

Digər tərəfdən, dünən ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellen bu il uçot dərəcəsinin yalnız bir dəfə artırılmasının mümkünlüyünü vurğulayıb ki, bu da dolların 2015-ci ildə avro ilə müqayisədə zəifləməsinə gətirib çıxaracaq. Bunu nəzərə alaraq "Report"un analitik qrupu qeyd edir ki, nəticədə, avronun həm dünya miqyasında, həm də Azərbaycanda oktyabra qədər möhkəmlənməsi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi