"Regional" BOKT-nin zərəri azalıb

"Regional" BOKT-nin zərəri azalıb Regional MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 15 min manat zərərlə başa vurub.
Maliyyə
9 May , 2020 12:57
Regional BOKT-nin zərəri azalıb

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 15 min manat zərərlə başa vurub.

"Report" BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 75,7% azdır.

Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 325 min manat olub ki, bu da illik müqayisədə 30,5% çoxdur. Bunun 178 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 11,9 dəfə böyüyüb.

Hesabat dövründə "Regional"ın 91 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 6% azalaraq 234 min manata düşüb.

Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. 

Son xəbərlər

Orphus sistemi