“Rabitəbank” səhmdarlarına hesabat verəcək

“Rabitəbank” səhmdarlarına hesabat verəcək Bankın səhmdarlarının yığıncağı çağırılıb
Maliyyə
14 Aprel , 2017 08:50
“Rabitəbank” səhmdarlarına hesabat verəcək

Bakı. 14 aprel. REPORT.AZ/ İyunun 2-də saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncağın keçirilməsi barədə qərarı aprelin 12-də Bankın Müşahidə Şurası qəbul edib.

Yığıncaq “Rabitəbank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq. Yığıncağın gündəliyinə Bankın 2016-cı maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, Audit Komitəsinin hesabatının təsdiqi və cari məsələlər daxildir.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi