“Rabitəbank”ın departamentlərindən biri ləğv olunub

“Rabitəbank”ın departamentlərindən biri ləğv olunub Söhbət Nəzarət və monitorinq Departamentindən gedir
Maliyyə
27 Oktyabr , 2016 10:49
“Rabitəbank”ın departamentlərindən biri ləğv olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Nəzarət və Monitorinq Departamenti ləğv edilib. “Report” xəbər verir ki, bununla da Bankın departamentlərin sayı 17-yə düşüb.

Qeyd edək ki, ləğv olunan departamentin keçmiş direktoru Binnət Novruzov hazırda Bankın baş direktoru vəzifəsini tutur. 

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi