Bakı. 25 iyul. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 6,7% artaraq 2018-ci il iyulun 1-nə 712 492 min manata çatıb.
“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu müddətdə Bankın kredit portfeli 36,7% artmaqla 263 344 min manat təşkil edib.
2018-ci il iyulun 1-nə Bankın cəmi öhdəlikləri 625 709 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% artım deməkdir. Hesabat dövründə müştərilərin cari hesabları 16% artaraq 314 805 min manata, müddətli depozitləri 11% artaraq 219 722 min manata çatıb. 2018-ci il iyulun 1-nə Bankın nizamnamə kapitalı 101 300 manat, cəmi kapitalı 86 783 min manat, məcmu kapitalı 99 940 min manat təşkil edib.
Bank bu ilin birinci yarısında 311 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 26% azdır. Bu ilin birinci yarısında Bankın faiz gəlirləri 17 483 min manat, qeyri-faiz gəlirləri 4 463 min manat, faiz xərcləri 7 076 min manat, qeyri-faiz xərcləri 3 536 min manat təşkil edib.