Bakı. 19 oktyabr. REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri illik müqayisədə 46% artaraq 2016-cı il oktyabrın 1-nə 510,851 mln. manata çatıb. Bankdan "Report"a verilən məlumata görə, bu müddətdə nağd vəsaitlər 45% artaraq 32,515 mln. manata yüksəlib. Xarici valyutada nağd vəsaitlərin həcmində isə artım daha kəskin olub və bu vəsaitlər 2,7 dəfə artaraq 17,740 mln. manat təşkil edib.
Kredit portfeli 4% azalaraq 207,355 mln. manata enib. Portfelin 32,7%-i və ya 67,732 mln. manatı xarici valyutada verilib. İstehlak kreditlərinin həcmi isə 22% azalaraq 66,207 mln. manata enib.
İpoteka kreditlərinin həcmi də 2,4 dəfə azalaraq 8,746 mln. manat təşkil edib. Cari il oktyabrın 1-nə ipoteka kreditlərinin 298 min manatı İpoteka Fondunun xətti ilə verilib.
Hesabat dövründə depozit portfeli 68% artaraq 364,574 mln. manata yüksəlib. Portfelin 86,8%-i və ya 316,315 mln. manatı xarici valyutadadır.
Əhalinin əmanətləri də ötən ilin eyni dövrü ilə müqayisədə 45% artaraq 229,114 mln. manata çatıb və bunun 90%-i xarici valyutada yerləşdirilib.
Qeyd edək ki, oktyabrın 1-nə "Rabitəbank"ın məcmu kapitalı 58,735 mln. manat, nizamnamə kapitalı 48,5 mln. manat təşkil edib. Beləliklə, bankın nizmanamə kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalsa da, məcmu kapitalı 9,2% azalıb.