Bakı. 30 noyabr. REPORT.AZ/ "Rabitəbank" ASC 2019-cu ildə Bakıda 2 yeni filialını açmağı planlaşdırır.
Bu barədə "Report"a açıqlamasında Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev məlumat verib.
"Filial şəbəkəmizin genişlənməsi və daha müasir tələbələrə uyğun xidmət göstərməsi üçün işlər bundan sonra da davam etdiriləcək", - deyə o, qeyd edib.
Z.Nuriyev onu da bildirib ki, rəhbərlik etdiyi bank filial şəbəkəsində bağlanmış bankların filiallarını almaqla genişləndirmək niyyətində deyil.