“Rabitəbank” fond bazarında fəaliyyətini bərpa edir

“Rabitəbank” fond bazarında fəaliyyətini bərpa edir "Rabitəbank” ASC-nin 100% təsisçisi olduğu "Kapital Partners" MMC adını və təşkilati-hüquqi formasını dəyişir.
Maliyyə
208
25 Noyabr , 2020 12:46
“Rabitəbank” fond bazarında fəaliyyətini bərpa edir

"Rabitəbank” ASC-nin 100% təsisçisi olduğu "Kapital Partners" MMC adını və təşkilati-hüquqi formasını dəyişir.

“Report” xəbər verir ki, şirkət Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq yenidən qurulur və "Capital Partners İnvestisiya Şirkəti" QSC kimi fond bazarında fəaliyyətini bərpa etməyə hazırlaşır.

Xatırladaq ki, "Kapital Partners" 2007-ci ildə, 80 manat nizamnamə kapitalı ilə yaradılıb (yeni qanunvericiliyə görə, bu məbləğ yardımçı xidmətlər üçün minimum 75 min manat, əsas xidmətlər üçün isə minimum 300 min manat olmalıdır). Şirkət “Rabitəbank”ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi İbrahim Koroğlu oğlu Mikayılovdur. Kommersiya qurumu “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edir.

Hazırda Azərbaycanda 10 investisiya şirkəti Mərkəzi Bankın müvafiq lisenziyasına malikdir. Bunlar “ABB-İnvest”, “Azfinance”, “BTB Kapital”, “Xalq Kapital”, “İnvest-AZ”, “MFX-Trading”, “PAŞA Kapital”, “Plato Capital and Co”, “PSG Kapital” və “Unicapital” investisiya şirkətləridir.

Son xəbərlər

Orphus sistemi