“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 000 AZN yardım

“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 000 AZN yardım Bu gün 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il olub.
Maliyyə
30 İyun , 2020 17:49
“Rabitəbank”dan məcburi köçkün ailəsinə 65 000 AZN yardım

Bu gün 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC üçün 2020-ci il müstəsna il olub. 

"Report" xəbər verir ki, “Rabitəbank” ölkədə COVID-19 virusu ilə bağlı tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq, öz ad günündə artıq ənənə halını almış korporativ-hesabat tədbirini təxirə salıb. Lakin bununla yanaşı, “Rabitəbank” sözükeçən tədbirə sərf ediləcək vəsaiti Zəngilan rayonu, Məmmədbəyli kəndindən olan doqquz nəfərlik məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərf edərək bu ad gününü yaddaqalan edib.

Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” 29 iyunda Məmmədəmin Rəsulzadə qəsəbəsində məskunlaşmış doqquz nəfər üzvü olan Emiralıyev ailəsini sevindirib. İllərdir ev arzusunda olan Emiraliyevlər ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Rabitəbank” tərəfindən ailəyə 65 min manat birdəfəlik maliyyə yardımı göstərilib. Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan böyük ailənin başçısı Emiralıyev Bilal Xanı oğlu “Rabitəbank”a bu təşəbbüsə görə minnətdarlığını bildirmiş, bu addımın nümunəvi mənəvi hərəkət olduğunu vurğulayıb: “Böyükdən kiçiyə qədər, hər bir ailə üzvümüzün adından “Rabitəbank”a sonsuz təşəkkürümüzü bildiririk, bizi unutmadıqları üçün və səxavətliliyə görə çox sağ olun”.

“Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq 2020-ci ildə də aztəminatlı ailələrin həssas vətəndaş qruplarına rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam edəcəkdir.

Qeyd edək ki, "Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı Chatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi