“Rabitəbank”da kadr dəyişikliyi olub

“Rabitəbank”da kadr dəyişikliyi olub Aydın Hüseynovu Elşən Bədirxanov əvəz edib
Maliyyə
1 Mart , 2017 17:10
“Rabitəbank”da kadr dəyişikliyi olub

Bakı. 1 mart. REPORT.AZ/ “Rabitəbank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Aydın Hüseynov işdən çıxıb.

“Report” xəbər verir ki, onun yerinə Elşən Bədirxanov təyin edilib.

O, bundan əvvəl Bankın İH-də müşavir vəzifəsində çalışıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi