"Rabitəbank" bu ilin I yarısını mənfəətlə başa vurub

"Rabitəbank" bu ilin I yarısını mənfəətlə başa vurub "Rabitəbank" ASC bu ilin I yarısını 1,8 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
21 İyul , 2020 09:49
Rabitəbank bu ilin I yarısını mənfəətlə başa vurub

"Rabitəbank" ASC bu ilin I yarısını 1,8 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 63,3% azdır.

Yanvar-iyun aylarında "Rabitəbank"ın gəlirləri 29,2 milyon manat (illik müqayisədə 17,3% çox), xərcləri 19,9 milyon manat (10,6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 7,5 milyon manat (3,7 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Rabitəbank"ın aktivləri 926,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 51,5% çoxdur. Bunun 359,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,7% böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 60,3% artaraq 828,3 milyon manata, o cümlədən depozit portfeli 63,3% artaraq 657,8 milyon manata, balans kapitalı isə 3,4% artaraq 97,8 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi