"Rabitəbank"ın mənfəəti 12% artıb

"Rabitəbank"ın mənfəəti 12% artıb Bankın qeyri-faiz əməliyyatları üzrə zərəri son bir ildə 51% azalıb
Maliyyə
16 İyul , 2015 17:32
Rabitəbankın mənfəəti 12% artıb

Bakı. 16 iyul. REPORT.AZ/ "Rabitəbank" ASC cari ilin yanvar-iyun ayları ərzində 2,4 mln. manat həcmində mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə "Rabitəbank"ın gəlirləri 15,1% azalaraq 26,1 mln. manat, xərcləri 17,1% azalaraq 23,7 mln. manat təşkil edib.

Faiz gəlirləri 28,8% azalaraq 19,4 mln. manat, faiz xərcləri 26,6% artaraq 7,6 mln. manat olub. Beləliklə, bank birinci yarımildə 11,8 mln. manat faiz mənfəəti əldə edib ki, bu da illik müqayisədə 44,5% azalma deməkdir.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 91,7% artaraq 6.7 mln. manat, qeyri-faiz xərcləri 28,7% azalaraq 16,1 mln. manat təşkil edib. Nəticədə birinci yarımildə qeyri-faiz əməliyyatları üzrə 9,4 mln. manatlıq zərər yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,9% azdır.

Qeyd edək ki, cari il iyulun 1-nə "Rabitəbank"ın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 63,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi