"Rabitəbank" ötən ili zərərlə başa vurub

"Rabitəbank" ötən ili zərərlə başa vurub Bakı. 3 fevral. REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri illik müqayisədə 22,5% artaraq 2017-ci il yanvarın 1-nə 552,288 mln. manat təşkil edib."R...
Maliyyə
3 Fevral , 2017 13:46
Rabitəbank ötən ili zərərlə başa vurub

Bakı. 3 fevral. REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri illik müqayisədə 22,5% artaraq 2017-ci il yanvarın 1-nə 552,288 mln. manat təşkil edib.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfelində isə azalma qeydə alınıb. Kredit porfeli illik 14,5% azalaraq yanvarın 1-nə 183,335 mln. manat olub. Qiymətli kağızlara investisiyalar isə illik 78,6% artaraq 22,837 mln. manata yüksəlib.

Bankın cəmi öhdəlikləri də hesabat ilində 30,0% artaraq 506,677 mln. manata çatıb. Müştərilərin müddətli depozitləri 14,2% artaraq 255,474 mln. manat olub. Cari il yanvarın 1-nə "Rabitəbank"ın səhmdar kapitalı illik müqayisədə dəyişməyərək 48,5 mln. manat təşkil edib.

Bank ötən il ərzində 12,873 mln. manat zərər edib. Qeyd edək ki, 2015-ci ildə isə bank 2,323 mln. manat mənfəət əldə edib.

Bankın həm faiz, həm də qeyri-faiz gəlirləri azalıb. Faiz gəlirləri illik 20,7% azalaraq 2016-ci ildə 29,237 mln. manat, faiz xərcləri əksinə 10,4% artaraq 17,104 mln. manat təşkil edib. Qeyri-faiz gəlirləri 16,8% azalaraq 13,431 mln. manat, qeyri-faiz xərcləri isə 0,6% artaraq 3,043 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi